İman və həqiqətlə Vətəninə xidmət etmək (VİDEO)


İnternetdə birmənalı olmayan video yayılıb.

Videoda üzləri qara maskalı, əllərində avtomatlar olan insanlar özlərini “ləzgistanın azadlıq korpusunun” döyüşçüləri kimi qələmə verirlər. Hərbi geyimdə olan naməlum şəxslər öz həmfikirlərinə müraciət edir, düşmənlərini hədələyirlər.

Özünün dediyinə görə, nə vaxtsa Dağıstandakı “Sadval” ictimai təşkilatının nəznində silahlı quplaşmanın üzvü olmuş Kazım Sefikuliyev bildirir ki (http://institute-innovation.ru/index/society/interesnaya-istoriya-pro-arifa-kerimova.html), çox güman ki, bu video da “Sadval”ın lideri Arif Kərimovun təşəbbüsü ilə çəkilib və yayılıb. Sefikuliyevin özü məhkəmə qərarı ilə 17 ilini həbsxanada keçirib, lakin o bildirir ki, qanunsuz ittiham olunub və günahsızdır. Sefikuliyevin sözlərinə görə, video təxribat xarakteri daşıyır və məqsədi Qafqazda milli aliseçkilik yaratmaqdır.

Videoda döyüşçülər Şimali Qafqaz dillərindən birində danışır, məqsəd kimi isə Azərbaycanda separatizmin yayılmasını göstərirlər. Səbəb isə, mövcud olmayan dövlət quruluşunun “azadlığı və müstəqilliyi”dir. Biz onların müraciətinin tərcüməsini sözbəsöz sizə təqdim edirik: “Biz çoxuq və artıq sözdən əmələ keçmişik. Biz bilirik, necə və nə üçün və artıq azadlığa çıxmağın vaxtı gəlib çatıb. Bizim kimilərin sayı getdikcə artır. Biz də azadlığa doğru ilk addımımızı çiynimizdə avtomatla eləmək qərarına gəlmişik. Çünki həqiqəti çatdırmaq üçün güc lazımdır və bu güc bizim böyüməkdə olan birliyimizdədir”.
Maskalı şəxslərin dediyinə görə, Azərbaycan ölkənin şimalında baş verən separatizm şəklində əlavə problem əldə etməlidir.

Kazım Sefikuliyevin sözlərinə əsasən, Arif Kərimov Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqəli olub, onlardan Azərbaycanın şimalında növbəti milli konflikt yaratmaq üçün maliyyə vəsaiti almış ola bilər.

Sefikuliyev hesab edir ki, Ermənistan xüsusi xidmət orqanlarının təxribatının məqsədi Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək və öz ərazisində tam suverenlik bərqərar etmək qorxusudır. Özü də indi, Ermənistanın daxilindəki siyasi vəziyyətin pisləşdiyi bir dövrdə.

Kazım Sefikuliyev müraciətində hər kəsdən Kərimovun təxribatlarına uymamağı xahiş edir. Öz müraciətlərini isə Sefuliyev internet vasitəsilə videolar şəklində yayır. “Mənim səhvlərimi təkrar etməyin! — Sefikuliyev deyir, — yoxsa, mənim taleyimi təkrar edəcəksiniz. Mən gənc yaşlarımda Arif Kərimovun çağırışlarına uydum və ömrümün 17 ilini itirdim. Məni xalqıma sadiq qaldığım və Arif Kərimovun kim olduğunu anladığım üçün öldürməyə cəhd edir, həbsxanada işgəncələr verirdilər”.

Sefikuliyev insanları siyasi oyunların qurbanlarına çevrilməməyə çağırır. O, gəncləri Kərimova uymamağa və dövlətin layiqli vətəndaşları olmağa çağırır. Rusiyada yaşayan insanlar öz ölkələrinə sadiq olmalıdırlar. Azərbaycan passportu gəzdirənlər isə Azərbaycanın mənfəəti üçün işləməli, onun maraqlarını qorumalıdırlar.