Arif Kərimov Rusiya senatorunu çox böyük ziyana uğradıb?


Fransada cinayət təqibinə məruz qalan Rusiyanın Federasiya Şurasının üzvü və tanınmış biznesmen Süleyman Kərimovun işinə dair sensasiyalı təfərrüatlar ortalığa çıxa bilər. 28 iyun tarixində Fransa tərəfindən barəsində bütün ittihamlara xitam verildiyi Süleyman Kərimovu bada verənlər – onunla eyni soy adı daşıyan: Rusiyada Federal Ləzgi Milli-Mədəni Muxtariyyətin (FLMMM-ın) lideri Arif Kərimov və onun oğlu Tokay Kərimov ola bilər. Belə bir versiyanı sərgiləyən Arif Kərimovun keçmiş silahdaşı Kazım Səfiquliyevdir.

Kazım Səfiquliyevin təsdiq etdiyinə görə, onun 17 il Rusiya təcridxanasında məhkumluq həyatı yaşadığına səbəb olan qətli əslində Arif Kərimov törədib. Səfiquliyevin sözlərinə görə, Arif Kərimov ən əvvəl Azərbaycanda separatizm meyllərini və millətlərarası nifrəti qızışdırmağa çalışırdı, lakin sonra o, Rusiya vətəndaşlığını alıb artıq öz təxribatçı fəaliyyətini Dağıstanın ərazisində davam etməyə başladı. Səfiquliyev deyir ki, Arif Kərimov tərəfindən anti-dövlətçilik fəaliyyətinə sövq olunduğuna səmimi şəkildə peşmançılıq çəkir və  indi də öz keçmiş liderinin fəaliyyəti haqqında müxtəlif təfərrüatlar danışır.

Hal-hazırda Kazım Səfiquliyev Rusiyanın Federasiya Şurasının üzvü Süleyman Kərimovun məruz qaldığı cinayət təqibində onun soy adaşı olan Arif Kərimovun rolundan danışır.

Yada salaq ki, Süleyman Kərimov 20 noyabr 2017-ci il tarixində Fransanın Nitsa şəhərinin hava limanında saxlanılmışdı. Senator bura öz şəxsi təyyarəsiylə uçub gəlmişdi. Fransa müstəntiqləri Süleyman Kərimova qarşı “çirkli pulların yuyulması” ittihamını irəli sürmüşdülər. İndi isə hüquq-mühafizə orqanları bəyan ediblər ki, Süleyman Kərimova qarşı onların heç bir iddiası yoxdur və onlar bütün ittihamları geri götürüblər.

Kazım Səfiquliyevin təsdiq etdiyinə görə, Süleyman Kərimov Fransada olduğu müddətdə, bir qrup şəxs Rusiyada çox böyük sevinc hissləri yaşayırdı, bunlar məhz həmin kəslər idi ki, onlar Süleyman Kərimovun biznesini ələ keçirmək məqsədilə vaxtilə onun nüfuzuna fəal şəkildə xələl gətirirdilər.

İndiyə qədər bir çox ekspertlər və nəşrlər üçün senatorun kim tərəfindən “sifariş olunduğu” sirr olaraq qalır. Bu cinayət təqibinin səbəblərinə dair ən müxtəlif versiyalar, o cümlədən bununla  Rusiyadaki sabitliyi pozmaq istəyi versiyası da, irəli sürülür.

Lakin, Kazım Səfiquliyevin sözlərinə görə, hər şey daha sadədir. Səfiquliyev hesab edir ki, Süleyman Kərimova problem yaradanlar  Ermənistanın xüsusi xidmət orqanları və Rusiyadaki bir qrup şəxslərdir.

Səfiquliyevin dediyinə görə, 2009-cu ildə Süleyman Kərimov və  “çirkli” bizneslə məşğul olmaq üçün Rusiya Federasiyası Dövlət Dumasının deputatı statusunu istifadə edən erməni biznesmen Aşotом Yegiazaryan arasında münaqişə baş vermişdi. Lakin Rusiya hüquq-mühafizə orqanları Yegiazaryanın günahını sübuta yetirə bildilər və o, deputat toxunulmazlığıından məhrum edildi və qaçıb ABŞ-da gizləndi. Rusiyada Yegiazaryanа qarşı bir neçə cinayət işi açılıb.

Səfiquliyevin təsdiqinə görə, Yegiazaryan düşdüyü pis vəziyyətin günahını Süleyman Kərimovda görürdü və ona qarşı əsl müharibəyə başladı. O, Fransada və Amerikada olan erməni diasporalarını bu işə cəlb etdi və öz səylərini Rusiyadaki bir qrup şəxslə ortaq etdi.

Rusiyadaki həmin bu qrup şəxslərin tərkibinə, Səfiquliyevin dediyinə görə, daxil idilər: Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Katibinin o vaxtkı müəvini Vladimir Nazarov, digər yüksək vəzifəli məmurlar, həmçinin, Səfiquliyevin sözlərinə görə, terrorçulara sponsorluq etməklə və terror aktlarını təşkil etməklə tanınan FLMMM-ın lideri Arif Kərimov , və onun oğlu, “Naftaqaz” Qrupuna haçansa daxil olan çox sayda Rusiya müəssisələrini müflisləşdirən biznesmen Tokay Kərimov, və həmçinin «Şimali Qafqazın Kurortları» ASC-nın baş direktorunun keçmiş müavini İslam Nəzərəliyev. Sözgəlişi, Nəzərəliyev  büdcə vəsaitlərinin talanması ilə əlaqədar açılan cinayət işi üzrə bütün həmkarlarını istintaqa təhvil verən və bu səbəbdən bunların arasında həbs edilməyən yeganə şəxsdir.

Bu insanlar “Uralkaliy” (Süleyman Kərimovun və Belorus partnyorların birgə müəssisəsi) məsələsində Süleyman Kərimovun işinə əngəl törətməkdə müvəffəq oldular.  Səfiquliyevin dediyinə görə, 2013-cü ildə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Katibinin o vaxtki müəvini Vladimir Nazarov Rusiyanın Federal Təhlükəsizlik Xidmətində və Xarici Kəşfiyyat Xidmətində olan bütün əlaqələrini işə salaraq onlar üçün elə bir yalan uydurmuşdu ki, guya tapşırığı verən Rusiya Prezidentinin Administrasiyasıdır və bunun müqabilində Belorusiya DTK-sı vasitəsiylə Belorusiya Prezidenti Lukoşenkoya saxta məlumat ötürülmüşdür ki, guya Süleyman Kərimov Belorus partnyorlarını aldatmağa və talamağa hazırlaşır. Bunun nəticəsində “Uralkaliy”lə “Beloruskaliy”in müttəfiqliyi dağıldı, Belorusun İstintaq Komitəsi isə Süleyman Kərimova qarşı səlahiyyətlərindən və xidməti imkanlarından sui-istifadə etməsi ilə əlaqədar cinayət işi açdı. Nazarovun, Arif və Tokay Kərimovların hərəkətləri ucbatından Süleyman Kərimov “Uralkaliy” proyektində bir neçə milyard dollar itirdi.

Səfiquliyev deyir ki, Nazarov və onunla əlbir olanlar Süleyman Kərimovun mövqelərini zəiflətməyə müvəffəq oldular. Onlar açıq şəkildə hərəkət etməyə qorxduqlarına görə Süleyman Kərimovun diqqətini saxta “düşmənlər”ə yönəltməyə çalışırdılar. Süleyman Kərimov özünün məğlubiyyətlərində və itkilərində bu insanlardan başqa kimdən istəsən şübhələnirdi. Səfiquliyev deyir ki, hər zaman Süleyman Kərimovun diqqəti məşhur adlara yönəldilirdi: guya onu “sifarış” edən Arkadiy Rotenberq, İqor Seçin, Gennadiy Timçenko, Yuriy Kovalçuk, Maqomedovlar qardaşlarıdır. Lakin, Səfiquliyev hesab edir ki, oyunu quran və həyata keçirən Nazarov, Arif və Tokay Kərimovlar və Nəzərəliyevdir. Onların məqsədi Süleyman Kərimovun nüfuzuna xələl gətirmək və onun əmlaklarından ibarət olan “yağlı tikəni” qamarlamaqdır, və bu iş son yeddi il ərzində həyata keçirilirdi.

Səfiquliyevin sözlərinə görə, Süleyman Kərimovun planları və fəaliyyəti haqqında məlumatları əldə edən məhz İslam Nəzərəliyev olub. Nəzərəliyev “Nafta-Moskva” kompaniyasının baş direktoru Oleq Lipatovla sıx münasibətdə olaraq məlumat daşıyıcısı rolunu oynayırdı.

Səfiquliyev hesab edir ki, hansısa bir məqamda qərara alınmışdı ki, Süleyman Kərimovun əhatəsinə öz adamlarından birini sırısınlar və seçim FLMMM-ın prezidenti Arif Kərimovun oğlu Tokay Kərimovun üzərinə düşdü.

Səfiquliyevin dediyinə görə, Arif Kərimov Süleyman Kərimovа nifrət edirdi. Bu nifrət onda hələ 2000-ci illərin əvvəlində yaranmışdı, Arif Süleymandan özünün təşkilatını maliyyələşdirməyə xahiş etmişdi, Süleyman isə bundan imtina etdi. Oğlu Tokay Kərimov atasına söz vermişdi ki, Süleyman «sənin ayaqlarını yalayacaq».

Səfiquliyevin sözlərinə görə, 2014-cü ildə Tokay Kərimov özünün soy adaşı olan Süleyman Kərimova sırıldı. Süleyman Kərimov özü mahiyyət etibarıyla heç nə olan Tokay Kərimova zəng etmişdi.

Səfiquliyevin təsdiqinə görə, Tokay Kərimovu Süleyman Kərimovla ona görə tanış etmişdilər ki, etibar qazanıb müştərək biznesə nail olsunlar sonra isə onun əmlakını əlindən alsınlar. Süleyman isə müəyyən duyğu və intuisiyaya malik olduğundan bu yaxınlaşmadan ehtiyat edirdi və nəticədə Tokay Kərimovla nəzərdə tutulan müştərək biznesdə iştirak etməkdən imtina etdi.

Səfiquliyev deyir ki, bütün bu dövr ərzində Aşot Yegiazaryan Fransadaki erməni lobbisiylə danışıqlar aparır və fəal şəkildə Kərimovun Qərbdə olan nüfuzunu dağıdaraq saxta cinayət işlərin uydurulmasına təkan verirdi.

Səfiquliyevin təsdiqinə görə, Süleyman Kərimova qarşı Fransadaki açılan və hal-hazırda artıq xitam verilən cinayət işləri – son zamanlara qədər təkcə Aşot Yegiazaryan üçün deyil, eynilə Tokay və Arif Kərimovlar üçün də son dərəcə “həzz verici” mənbə idi.

Səfiquliyevin sözlərinə görə, Arif və Tokay Kərimovlar Rusiyanı həmişəlik tərk etməyə hazırlaşırlar və faktiki “çamadanlarını rahlayıblar”. Səfiquliyev hesab edir ki, Tokay Kərimov bir neçə  Rusiya zavodlarını və Şimalda olan neftservis müəssisələrini müflisləşdirib, demək olar ki, bütün iri Rusiya banklarına qarşı dələduzluq edib, müəssisələrin bütün əmlakını yeni kompaniyaların adına keçirib, pulları isə xarici hesablara köçürüb. Səfiquliyev deyir ki, Tokay Kərimova qarşı cinayət işləri açılıb, ona görə də Tokay atası Arif Kərimovla və öz ailələriylə bir neçə xarici pasportlara sahib olublar, və yaxın müddətdə Rusiyanı tərk edəcəklər və bununla da əlçatmaz olacaqlar.

Süleyman Kərimov Fransa hökuməti tərəfindən bəraət qazanıb və tez bir zamanda bütün məsələlərə aydınlıq gətirərək onlara nöqtə qoyacaq. Səfiquliyev hesab edir ki, biznesmen Süleyman Kərimov ona qarşı həm erməni Yegiazaryan tərəfindən, həm Rusiyadan olan qruplaşma tərəfindən aparılan “çirkin oyun” haqda məlumatlıdır.